Podaqra xəstəliyi ilk dəfə 33 yaşımda üzə çıxdı, ayağımda tutmuşdu. Halbuki tibbi ədəbiyyatda yazılır ki, bu xəstəlik adətən 40-45 yaşdan sonra başlayır. Atamda da bu xəstəlik var idi, irsidi.
Bakupost.az xəbər verir ki, bu sözləri tanınmış jurnalist APA-ya geniş müsahibəsində deyib.
O, xəstəliyi ilə əlaqədar bir sıra ölkələrdə müayinə olunduğunu bildirib:
“Amerikada da, Tailandda da, Leninqradda da, Tiflisdə də müayinə etdirmişəm. Hər yerdə eyni sözlər, eyni dərmanlar. Tam müalicəsi yoxdur. Ömrünün axırına kimi gözləməlisən, nazıyla oynamalısan. Oynamadınsa, cəzalandırır. Mən də indi vaxtilə etdiyim səhlənkarlığın cəzasını çəkirəm. Əllərim açılarsa, elə bu xəstəliyimin tarixçəsini yazaram, publisistcəsinə. Həkim kimi yox, bir xəstə kimi, yaşadığım dəhşətli əzabları. Son bir ildə, bir il yarımda çox əziyyət çəkmişəm. Əvvəllər bir həftə, 10 gün yatırdım, keçib keçirdi. İndi isə il yarımdır tutub buraxmır, daha bezmişəm. Nə öldürür, nə də rədd olub gedir. Demək olar ki, hər şeyə həvəsim itib...”, - M.Cavadoğlu əlavə edib.