Millət vəkili, yazıçı və jurnalist Aqil Abbas mərhum Xalq artisti, məşhur gitara ustası Rafiq Hüseynov (Rəmiş) ilə bağlı "Rəmiş" adlı kitab yazıb.
Bakupost.az xəbər verir, A.Abbas hələ 40 il əvvəl kitab üzərində işləməyə qərar verib, amma sonradan yazdığı ilk mətni bəyənmədiyi üçün əsəri yarımçıq qoyub:
“Təxminən 40 il əvvəl yazmağa başlamışdım. Bir hissəsini də qəzetdə çap etdirmişdim. Sonra xoşuma gəlmədi, cırdım. Gördüm ki, Rəmişə layiq deyil. Rəmiş qeyri-adi sənətkar idi, amma mənim yazdığım adi bir yazıya oxşayırdı. Ona görə saxladım. Keçən il həmin yazını yenidən işləməyə başladım. Mənə elə gəlir ki, yaza bildim”.
Lalə, BakuPost