Ru
23:37 / 07 İyul 2026

Tarixi HESABLAŞMA: Ərdoğan Yunanıstanın Baş nazirinə keçmişini xatırlatdı - VİDEO

Tarixi HESABLAŞMA: Ərdoğan Yunanıstanın Baş nazirinə keçmişini xatırlatdı - VİDEO
Eye

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən 36-cı NATO Liderlər Zirvəsi çərçivəsində Yunanıstanın Baş naziri Kiriakos Mitsotakisi və həyat yoldaşını Beştəpə Prezident Kompleksində məşhur "Ceddin Deden" mehtər marşı ilə qarşılayıb.


"Bakupost" xəbər verir ki, iki ölkə liderinin qırmızı xalı üzərində salamlaşdığı anda hərbi orkestr tərəfindən səsləndirilən bu musiqi seçimi Yunanıstanda böyük əks-səda və geosiyasi rezonans doğurub.


Türkiyə mediasında isə bu, Ərdoğanın Yunanıstanın baş nazirini yunan ordusunun məğlubiyyətini simvolizə edən marşla qarşılaması kimi xarakterizə olunub.


Qeyd edək ki, mehtər marşı, xüsusilə 1919–1922-ci illərdə baş vermiş Yunanıstan-Türkiyə müharibəsi (Türkiyə İstiqlal Müharibəsi) dövründə İnönü və Sakarya döyüşlərində türk əsgərləri tərəfindən qeyri-rəsmi rəmz kimi geniş istifadə olunub. Yunan qoşunlarının Anadoluda məğlub edilərək geri çəkilməsi prosesi ilə birbaşa assosiasiya olunur.


Asena,

BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar