TƏBİB Bakıda yerləşən 6 saylı Uşaq Kliniki Xəstəxanasının sanitar qovşağının antisanitar vəziyyətdə olmasına aydınlıq gətirib.
"Bakupost" Ölkə.az-a istinadla xəbər verir ki, sözügedən tibb müəssisəsi köhnə binada fəaliyyət göstərir.
“Sosial şəbəkələrdə yayılan görüntülərdə əks olunan hissə isə hazırda istifadə edilmir və xəstəxananın fəaliyyət zonasına daxil deyil. Həmin ərazidən tibb personalı, həkimlər və pasiyentlər istifadə etmir”, - TƏBİB-dən qeyd olunub.
Xatırladaq ki, ötən gün jurnalist Ramilə Qurbanlı sosial şəbəkə hesabında Bakıda 6 saylı Uşaq Kliniki Xəstəxanasında antisanitar şəraitin hökm sürdüyünü əks etdirən şəkillər paylaşmışdı.