Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlının özünə dəbdəbəli villa tikdirməsi ilə bağlı sosial şəbəkələrdə fotolar paylaşılırdı.
Bakupost.az xəbər verir ki, R.Bayramlı bu iddialara hələ ki, münasibət bildirməsə də," Kanal 13" ona məxsus olduğu iddia edilən villa ilə bağlı çəkiliş edib.
Kanalın jurnalisti tikinti aparılan əraziyə daxil olmaq istəsə də, ona orada işləyən usta mane olub.
O bildirib ki, tikinti ona məxsusdur. Özünü Razim Bayramlı kimi təqdim edən şəxs Ramin Bayramlı ilə heç bir əlaqəsinin olmadığını deyib. Həmin ərazini isə uzun müddət əvvəl aldığını bildirib. Həmçinin qeyd edib ki, onun tikinti apardığı əraziyə yaxın qonşuluqda ondan da böyük villalar salınır, amma onun villasınının gündəmə gəlməsi normal bir hal deyil.