Ru
17:37 / 02 İyul 2026

Təqaüdçü Zelenskini məhkəməyə verdi: 470 min avro istəyir

Təqaüdçü Zelenskini məhkəməyə verdi: 470 min avro istəyir
Eye

Ukraynalı təqaüdçü Ali Məhkəmədə dövlətə qarşı iddia qaldıraraq pensiyaların ödənilməməsinə görə 470.000 avro təzminat tələb edib.

"Bakupost" xarici mətbuata istinadən xəbər verir ki, məhkəmə iddianı qanunsuz hesab edərək rədd edib.

Təqaüdçü məhkəmədə pensiyaların valorizasiyası öhdəliklərinin (keçmiş dövrlərdə qazanılmış pensiya hüquqlarının və əmək stajının müasir iqtisadi göstəricilərə uyğunlaşdırılması xərcləri birbaşa dövlət büdcəsinin öhdəliyindədir) sistematik şəkildə yerinə yetirilməməsinin cinayət əməli olduğunu iddia edib.

Məlumata görə, iddia Konstitusiya səlahiyyətlərini icra etmədiyinə görə Ukrayna dövləti və şəxsən Prezident Volodimir Zelenskiyə qarşı qaldırılıb.

Lakin hakimlər qeyd ediblər ki, iddialar prezidentin konkret inzibati qərarlarına və ya birbaşa hərəkətlərinə etiraz etmək məqsədi daşımayıb. Məhkəmənin fikrincə, təqaüdçü əslində dövlət başçısını qanunvericilik təşəbbüsü hüququ da daxil olmaqla, konstitusiya səlahiyyətlərini həyata keçirməyə məcbur etməyə çalışıb.

Rüfət Sultan,
BakPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar