Ru
17:51 / 06 Oktyabr 2026

Təyyarədə terror törətməyə cəhd edən həmin pilotu bu cəza gözləyir

Təyyarədə terror törətməyə cəhd edən həmin pilotu bu cəza gözləyir
Eye

Bir neçə gün əvvəl BƏƏ-dən İsrailə uçan “Flydubai” təyyarəsində terror aktı törətməyə cəhd edən ikinci pilot Həmam əl-Həmmamini ölüm cəzası gözləyir.

“Bakupost” "Qafqazinfo"ya istinadla xəbər verir ki, bu barədə “Bild” nəşri mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, hadisədən sonra tutularaq BƏƏ-yə təhvil verilmiş əl-Həmmami üçün ölkə prokurorluğu ən yüksək cəza olan ölüm hökmü tələb edir.

İstintaq zamanı həmçinin məlum olub ki, Həmam əl-Həmmami hələ iyul ayında aviaqəza törətməyi planlaşdırırmış, lakin həmin vaxt ekipaj üzvləri arasında onun dostunun olması pilotun qərarını dəyişməsinə səbəb olub.

Qeyd olunur ki, istintaq “Mossad” da daxil olmaqla İsrail xüsusi xidmət orqanlarının, eləcə də ABŞ, Səudiyyə Ərəbistanı və Oman mütəxəssislərinin iştirakı ilə aparılır.

Xatırladaq ki, sentyabrın 30-u səhər saatlarında BƏƏ-dən İsrailə uçan 174 nəfərlik “Flydubai” laynerində ikinci pilot birinci pilota balta ilə hücum edib. Sərnişinlər və digər pilot sayəsində təyyarə Səudiyyə Ərəbistanında təcili eniş edə bilib. İsrail tərəfi bu hadisəni rəsmən terror aktına cəhd kimi qiymətləndirib. Faktla bağlı araşdırma davam etdirilir.

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar