Ru
14:09 / 08 Oktyabr 2026

Tokayevdən Orta Dəhlizlə bağlı mühüm təklif: TRİPP bölgəni dəyişdirəcək

Tokayevdən Orta Dəhlizlə bağlı mühüm təklif: TRİPP bölgəni dəyişdirəcək
Eye

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev "C5+1" əməkdaşlıq formatı çərçivəsində TRIPP-in Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna (TBNM, Orta Dəhliz) inteqrasiyasını müzakirə etməyi təklif edib.

“Bakupost” xəbər verir ki, bu barədə Tokayev Avazada Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə bildirib.

İqtisadçı ekspert Emin Qəribli “Bakupost”a bildirib ki, belə bir inteqrasiya mümkündür:

“TRİPP Transxəzər Beynəlxalq Nəqliyyat dəhlizinin tərkib elementinə çevrilərək, onu şaxələndirəcək”.

Ekspert düşünür ki, belə bir inteqrasiya fonunda tranzit yolu da qısalacaq, nəticədə şirkətlər üçün yüklərin daşınması daha səmərəli olacaq.

Bu səbəbdən müsahibimiz hesab edir ki, TRİPP-in reallaşması üçün bütün maraqlı ölkələr səy göstərməlidir:

“Mərkəzi Asiya ölkələrinin də üzərinə mühüm iş düşür. Həmin layihə nə qədər tez reallaşarsa, marşurutun səmərəlliyilə yanaşı, onun dünya iqtisadiyyatında əhəmiyyəti də artacaq. Tələbat kifayət qədər çoxdur. Nəticədə imkanlar genişləndikcə, təbii ki, sözügedən marşurutdan daha çox məhsul daşınacaq”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar