Abşeron rayonu, Ceyranbatan qəsəbəsində “Şah Sarayı” şadlıq evində kütləvi dava düşüb.
“Bakupost” xəbər verir ki, hadisə oktyabrın 3-də gecə saatlarında qeydə alınıb.
Əldə etdiyimiz məlumata görə, dostlar arasında yaranan mübahisə davaya çevrilib. Dava zamanı Ceyhun adlı şəxs yıxılarkən başı daşa dəyib.
Ağır xəsarət alan şəxs Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.
Məlumata görə, hazırda onun koma vəziyyətində olduğu bildirilir.
Lalə Novruz, BakuPost