Ru
15:30 / 06 İyul 2026

Toylarına 20 milyon dollar xərclədilər

Toylarına 20 milyon dollar xərclədilər
Eye

Amerikalı məşhur müğənni Taylor Svift ilə Amerika futbolunun ulduzu Travis Kelce möhtəşəm toy mərasimi ilə ailə qurub. İki günlük mərasimin təxminən 20 milyon dollara başa gəldiyi bildirilir.

“Bakupost” “Forbes”ə istinadən xəbər verir ki, cütlük 2 iyul tarixində 100 nəfərlik xüsusi şam yeməyi, 3 iyulda isə 999 qonağın iştirak etdiyi böyük mərasim üçün 20 min nəfərlik arenanı tam şəkildə icarəyə götürüb. Hətta 2-4 iyul tarixləri arasında məkanın ətraf küçələrinin bağlanması üçün də əlavə ödəniş edilib.

Toyun ümumi xərclərinə arenanın icarəsi, dəbdəbəli çiçək kompozisiyaları, yüksək səviyyəli təhlükəsizlik tədbirləri, yemək və içki xidmətləri daxil olub. Bu məbləğin milyarder Ceff Bezos ilə Lauren Sançesin ötən il Venesiyada keçirilən toyunun xərcləri ilə eyni səviyyədə olduğu qeyd edilir.

Məlumata görə, sərvəti 2,1 milyard dollar qiymətləndirilən Taylor Svift və 100 milyon dollarlıq sərvətə sahib Travis Kelce nikahdan əvvəl 40 səhifəlik müqavilə imzalayıblar. Müqaviləyə əsasən, tərəflərin evlilikdən əvvəl əldə etdikləri bütün varlıqlar şəxsi mülkiyyət olaraq qalır.

Gizlilik qaydalarına əsasən, qonaqlar tədbirə daxil olmazdan əvvəl telefonlarını təhvil verib və görüntü çəkilməsi qadağan olunub.

Bahar Babaşova, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar