Ru
15:32 / 20 Fevral 2026

“Toyuqlar öz həyətimdəndir, əliboş gəlim?!” - Azərbaycanlı qadın gündəm oldu - VİDEO

“Toyuqlar öz həyətimdəndir, əliboş gəlim?!” - Azərbaycanlı qadın gündəm oldu - VİDEO
Eye

Türkiyənin Sabiha Gökçen Beynəlxalq Hava Limanında maraqlı hadisə yaşanıb.

Bakupost.az Qafqazinfo-ya istinadən xəbər verir ki, gömrük yoxlaması zamanı azərbaycanlı qadına məxsus çamadandan 2 qutu paxlava, dondurulmuş toyuq və fərqli çeşiddə yeməklər aşkarlanıb.

Bu zaman təamları uşaqları üçün gətirdiyini bildirən qadın həmçinin gömrük işçilərinə də paxlava təklif edib. Yeməklərin sərhəddən keçirilməsinin qadağan olduğunu söyləyən əməkdaşa o cavabında deyib: “Toyuqlar öz həyətimdəndir. Yeməklərin hamısını özüm hazırlamışam. Bunlar uşaqlarım üçündür. Nə edim? Oradan bura əliboş gəlim?!”

DMAX kanalında “Gümrük muhafaza Türkiye” adlı layihə çərçivəsində yayımlanan görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar