Ru
19:30 / 28 Yanvar 2026

Tramp hədələdi, İrandan cavab gəldi: Hazırıq!

Tramp hədələdi, İrandan cavab gəldi: Hazırıq!
Eye

İran ABŞ-la dialoqa hazırdır.

Bakupost.az xəbər verir ki, bu barədə İranın BMT-dəki missiyası X hesabında yazıb.

“Ötən dəfə ABŞ Əfqanıstan və İraqda müharibələrə başlayanda 7 trilyon dollardan çox vəsait xərclədi və 7 mindən çox amerikalı həlak oldu. İran qarşılıqlı hörmət və maraqlar əsasında dialoqa hazırdır - lakin ona təzyiq göstərilərsə, özünü müdafiə edəcək və cavabı son dərəcə sərt və qətiyyətli olacaq!", - paylaşımda vurğulanıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İranı nüvə sazişini imzalamaqdan imtina edəcəyi təqdirdə yeni hücumla hədələyib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar