ABŞ Prezidenti Donald Tramp HAMAS Qəzzada insanları öldürməyə davam etməsi halında hərəkatı məhv etməklə hədələyib.
Bakupost.az xəbər verir ki, Ağ Ev rəhbəri bunu "Truth Social" hesabında yazıb.
"Əgər HAMAS nümayəndələri razılaşmaya daxil olmayan şəkildə Qəzzada insanları öldürməyə davam edəcəklərsə, bizim başqa seçimimiz qalmayacaq. Biz müdaxilə edib onları məhv edəcəyik", - Tramp qeyd edib