Ru
15:39 / 20 Avqust 2026

Tramp: "Hörmüz boğazı əhəmiyyətini itirir"

Tramp: "Hörmüz boğazı əhəmiyyətini itirir"
Eye

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının əvvəlki qədər əhəmiyyətli olmayacağını bildirib.

“Bakupost” xəbər verir ki, Tramp buna alternativ marşrutların və yeni inşa edilən boru kəmərlərinin yaradılmasını səbəb göstərib.

Tramp Hörmüz boğazının tamamilə ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətində olduğunu iddia edib.

Onun sözlərinə görə, yalnız ABŞ-nin təsdiq etdiyi gəmilər boğazdan keçə bilir və bu yolla əhəmiyyətli həcmdə neft dünya bazarlarına çatdırılır.

Tramp ABŞ-nin İrana qarşı yeni sanksiyalar hazırladığını və onların sərt olacağını da açıqlayıb.

ABŞ Prezidenti Texas, Alyaska, Luiziana və digər ərazilərdə alternativ marşrutların yaradıldığını bildirib.

O, həmçinin rekord sayda boru kəmərinin inşa edildiyini qeyd edib.

Trampın fikrincə, alternativ marşrutların artması gələcəkdə Hörmüz boğazının strateji əhəmiyyətini azalda bilər.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar