ABŞ Prezidenti Donald Tramp onlarla ölkəyə yeddi gün ərzində qüvvəyə minəcək idxal rüsumlarının tətbiqi ilə bağlı sərəncam imzalayıb.
Bakupost.az xəbər verir ki, bu barədə Ağ Evin bəyanatında deyilir.
Yeni tarif dərəcələri, əsasən, 10%-dən 40%-ə qədər dəyişir.
Fərman müəyyən ölkələrdən gətirilən mallara əlavə dəyər rüsumlarının tətbiqini nəzərdə tutur.
İdxal rüsumlarına dair ən yüksək faiz dərəcələri Suriya, Myanma, İsveçrə, İraq, Serbiya və Cənubi Afrikaya qarşı tətbiq edilib.