Ru
09:59 / 13 Yanvar 2026

Trampdan sərt xəbərdarlıq – “Ağıllarına gəlməyən hədəfləri vuracağıq”

Trampdan sərt xəbərdarlıq – “Ağıllarına gəlməyən hədəfləri vuracağıq”
Eye

ABŞ Prezidenti Donald Tramp “Air Force One” təyyarəsində jurnalistlərə müsahibə zamanı İranla bağlı sərt açıqlamalar verib və mümkün hərbi zərbələrin istiqamətlərinə toxunub.

Bakupost.az ABŞ mediasına istinadən xəbər verir ki, Tramp ABŞ İranla bağlı “haraya və nə vaxt zərbə endiriləcəyini çox yaxşı bilirik”, – deyib. Prezident vurğulayıb ki, mümkün hərbi əməliyyatlar zamanı konkret və strateji obyektlər hədəf alınacaq, lakin təhlükəsizlik səbəbilə detalları açıqlamaq niyyətində olmadığını deyib.

“Biz onların ağıllarına gəlməyəcək hədəflərini vuracağıq. Onların ən həssas nöqtələrinin harada olduğunu bilirik. Əgər belə bir qərar verilərsə, zərbələr çox dəqiq və sürətli olacaq”, – deyə Tramp qeyd edib.

ABŞ prezidenti eyni zamanda İranın Vaşinqtonla danışıqlara maraq göstərdiyini bildirib, lakin əlavə edib ki, təzyiq və hərbi variant masadan götürülməyib. Onun sözlərinə görə, İran ABŞ-ın mövqeyini və potensial addımlarını tam şəkildə anlayır.

Tramp ABŞ-ın məqsədinin müharibə olmadığını desə də, İranın davranışlarının regionda təhlükəsizliyə təhdid yaratdığını vurğulayıb və bütün ssenarilərin nəzərdən keçirildiyini vurğulayıb.

İran tərəfi hələlik bu açıqlamalara rəsmi reaksiya verməyib.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar