Ru
13:27 / 22 İyun 2026

Tramp–Meloni gərginliyi böyüyür: NATO və “foto qalmaqalı”

Tramp–Meloni gərginliyi böyüyür: NATO və “foto qalmaqalı”
Eye

ABŞ prezidenti Donald Tramp İtaliyanın baş naziri Corcia Melonini sərt tənqid edib.

Bakupost.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, Melonini İranın nüvə təhdidinə qarşı laqeyd qalmaqda ittiham edib.

Tramp sosial media hesabında bildirib ki, İtaliya bu məsələ ilə maraqlanmağı belə düşünmür. O qeyd edib ki, ABŞ NATO üçün trilyonlarla dollar xərcləyib.

“Amma onlar, sınandığımızda bizi və dünyanın qalanını müdafiə etmək üçün yanımızda olmadılar. Bu, heç xoş deyil”, – deyə Tramp vurğulayıb.

Gərginlik G7 sammitindən sonra daha da artıb. Tərəflər arasında “yalvarma” və “foto” qalmaqalı davam edir.

Tramp İtaliyanın “La7” telekanalına müsahibəsində bildirib ki, Meloni onunla şəkil çəkdirmək üçün israr edib. “Foto çəkmək istəyirdi. Əslində istəmirdim, amma ona yazığım gəldi”, – deyə o bildirib.

Meloni isə bu iddiaları təkzib edib. O, sosial şəbəkədə yazıb ki, İtaliya heç vaxt yalvarmaz.

Tramp daha sonra ittihamlarını yeniləyib. O bildirib ki, ABŞ İranı hərbi baxımdan məğlub etdikdən sonra Meloni yenidən yaxınlaşmaq istəyir.

Meloni isə cavabında bu sözləri əsassız adlandırıb. “Bu davamlı hücumlar mənasızdır. Sənin dostun olmaq mənə heç bir fayda vermədi”, – deyə o bildirib.

Bahar Babaşova, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar