Ru
18:35 / 18 İyul 2026

Türkiyə bu hadisədən danışır: 29 il sonra SENSASİYA doğurdu

Türkiyə bu hadisədən danışır: 29 il sonra SENSASİYA doğurdu
Eye

Türkiyəli məşhur müğənni Haluk Leventdən sonra məşhur yutuber Oğuzhan Uğurun da saxlanılması “AHBAP” Dərnəyi ilə bağlı araşdırmaları dərinləşdirib.


"Bakupost" xəbər verir ki, istintaq müddətində Haluk Leventlə bağlı ortaya çıxan detallar ölkədə rezonans doğurub.

Onun əvvəllər də saxtakarlığa görə saxlanılması, iki qadının barəsindəki ilginc ifadəsi, pulları dərnəyin hesabından çıxarma metodları Türkiyə ictimaiyyətində narazılığa səbəb olub.

Türkiyə mediası və istintaq orqanları "AHBAP" Dərnəyi ətrafındakı böyük maliyyə mənimsəmə iddialarından sonra sənətçinin 1997-ci ildəki cinayət dosyesini yenidən gündəmə gətiriblər.

Haluk Levent tam 29 il əvvəl, avqust ayında qarşılıqsız (saxta) çek təşkil etmək və maliyyə dələduzluğu ittihamı ilə Antalya konserti zamanı səhnədə saxlanılaraq həbs olunmuşdu. O, həmin dövrdə bu cinayətə görə 9 ay 15 gün həbs cəzası çəkmişdi.

Hazırda aparılan "AHBAP" istintaqında da eyni cinayət üsullarının təkrarlandığı iddia edilir. İstanbul Məhkəməsinin qərarı ilə onun dərnək fəaliyyətlərindən kənar, saxta sənədləşmələr və çeklərlə bağlı artıq 70 milyon TL-lik yeni cəriməsi və çek hesabı açmaq yasağı var. İstintaq qrupu 29 il əvvəlki dələduzluq meylinin bu gün dərnək pulları üzərindən davam etdiyini şübhə altına alır.

Haluk Leventin 1997-ci ildən bəri gələn bu qaranlıq maliyyə keçmişi işıq üzünə çıxdıqdan sonra, Oğuzhan Uğurun da adı "ortaq pul toplama" məsələsində dərnəklə birgə hallanmağa başlayıb.

İctimaiyyət Oğuzhan Uğuru Leventin bu keçmişini bilə-bilə onunla tərəfdaşlıq etməkdə və humanitar prosesi şəffaflaşdırmamaqda günahlandırır. Uğurun evində saxlanılmasına səbəb olan xaricdən gələn şübhəli transferlərin də məhz dərnəyin bu gizli maliyyə zənciri ilə əlaqəli olduğu yoxlanılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar