Ru
16:11 / 08 Yanvar 2026

Türkiyə sahillərində Rusiya tankeri vuruldu

Türkiyə sahillərində Rusiya tankeri vuruldu
Eye

Rusiyanın daha bir neft tankeri Türkiyə sahillərində pilotsuz uçuş aparatı (PUA) hücumuna məruz qalıb. Hadisə Kastamonu sahillərindən təxminən 50 kilometr aralıda baş verib.

Bakupost.az Türkiyənin mediasına istinadən xəbər verir ki, hücuma məruz qalan “Elbus” adlı tanker Palau bayrağı altında üzürmüş.

İlkin məlumatlara əsasən, partlayış nəticəsində tankerin üst hissəsi zədələnib. Ekipaj üzvləri xəsarət almayıb. Hazırda gəmi yedəklənərək İnebolu limanına aparılır.

Qeyd edək ki, Türkiyə sahillərində neft tankerinə sonuncu hücum dekabrın 2-də baş verib. Həmin hadisə zamanı gəmi heyətinin iki üzvü yaralanıb.

Bundan bir qədər əvvəl, ötən ilin noyabr ayında Qambiya bayrağı altında üzən “Kairos” və “Virat” adlı iki tanker də Qara dənizdə hücuma məruz qalmışdı. Daha sonra Ukrayna Təhlükəsizlik Xidməti bu gəmilərə dəniz PUA-ları ilə hücum etdiyini açıqlamışdı.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar