Ru
17:59 / 07 Aprel 2026

Türkiyə təxribatlara dözməyəcək - Ərdoğan

Türkiyə təxribatlara dözməyəcək - Ərdoğan
Eye

Türkiyə təxribatlara dözməyəcək.

Bakupost.az APA-ya istinadən xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda İsrailin Konsulluğu yaxınlığında baş vermiş atışma barədə danışarkən bildirib.

Hadisəni pisləyən Ərdoğan deyib ki, Türkiyədəki etimad atmosferinin məqsədyönlü təxribatlarla pozulmasına imkan verməyəcəklər.

Onun sözlərinə görə, atışma vaxtı biri ölü, ikisi yaralı olmaqla, üç terrorçu zərərsizləşdirilib, iki polis əməkdaşı yüngül xəsarət alıb.

Türkiyə Prezidenti qeyd edib ki, hadisə ilə bağlı həm İstanbul Baş Prokurorluğu, həm də polis və kəşfiyyat orqanları araşdırma aparır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar