Ru
14:17 / 15 İyul 2026

Ürək, yoxsa beyin...

Ürək, yoxsa beyin...
Eye

"Kamyu"nun "Yad" romanında qəhrəman biganə insan obrazındadır. O, qocalar evinə qoyduğu anasını dəfn etdiyi gecə sevgilisi ilə kinotetra gedir. Bu fakt yad adam qatil kimi məhkum olunanda hakimin ona ittiham kimi irəli sürdüyü anda oxucuda daha çox həyacan yaradır.

Hakim bu mövzudakı ittihamlarını başqa yad xarakterli faktlar əsasında da davam etdirir

Vəkil irad bildirərək təxminən belə deyir. Anlamaq olmur siz müttəhimi konkret cinayət faktı üzrə deyil, onun xarakterinə görə ittiham edirsiz. Bu, doğru deyil"

Qanunun ürəyi olmur. Onun məntiqi qeyri-səlis deyil, səlisdir. O Aristotel məntiqi ilə düşünür, Lütfüzadə məntiqi ilə deyil.

Qanunun beyni olur.

Səlis məntiq idarəetmənin, qeyri-səlis məntiq idarə olunmağın açarıdır.

Qanun idarə edəndir, ona əməl olunmasını sadəcə tələb edir.

Tələb sadəcə olanda tərkibində ürək də var. Ürək qeyri-səlis məntiqin orqanıdır.
Nəticə: qanuna ürəklə əməl etmək. Səlisi və qeyri səlisi birləşdirmək, əlbəttə şəffaf sərhəd qalmaqla.

Sərhəd çərçivədir. Çərçivə məhz azadlıq üçündür. Azadlıq çərçivəsiz avara görünür. Çərçivə o ürəksiz qanundur.

Yadımda belə qalıb: Kamyu vəfat edəndə Folklner onun barəsində təxminən belə deyib: Kamyu həyat qapısını titrək əlləri ilə arxasınca bağlayanda həmin qapının üzərində "Mən bu dünyada olmuşam yaza bildi".

İstər yad ol, istər doğma idarə olunmaqda ürək idarəetmədə beyin - yaxşı yol.

"Bu dünyada olmuşamın" yolu

Ceyhun Musaoğlu

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar