Urmuda səslənən şüar təsadüfi deyil: “Azərbaycan şərəfdi, Pəhləvi bişərəfdi”. Bu, nə təkcə bugünkü rejimə etirazdır, nə də keçmişə nostalji. Bu, Güney Azərbaycanın açıq mesajıdır:
-nə mollaların İranı,
-nə də Pəhləvi monarxiyası bizim gələcəyimiz deyil.
Bakupost.az xəbər verir ki, bunu VHP Siyasi Şurasının üzvü Samir Əsədli bildirib.
O, İranda bir neçə gündür sosial narazılıqlarla bağlı etiraz aksiyaları keçirildiyinə diqqət çəkib:
"Azərbaycan bölgəsi bu proseslərə ciddi önəm vermirdi. Lakin bu gün Urmuda keçirilən aksiya və səslənən şüar xüsusi diqqət cəlb etdi.
Xalq küçədə can verəndə, ölkədən qaçmış şah Pəhləvinin oğlunun hakimiyyət iddiaları ilə ortaya çıxması təsadüfi deyil ki, küçədən cavab aldı.
Azərbaycan susmur. Və öz adından danışır",-