Bakı Hərbi Məhkəməsində keçmiş Dağlıq Qarabağ hökumətinin başçısı Ruben Vardanyana qarşı ömürlük həbs cəzası tətbiq edilməsi tələb olunub.
Bakupost.az xəbər verir ki, prokurorun təqdim etdiyi ittihamnaməyə görə, Vardanyana qarşı Azərbaycan Cinayət Məcəlləsinin bir sıra maddələri üzrə ittihamlar irəli sürülüb. Onun üzərinə terrorizmin maliyyələşdirilməsi, qanunsuz silahlı birləşmələrin yaradılması, sərhədi qanunsuz keçmə, qəsdən adam öldürmə, zorla hakimiyyət ələ keçirmə və qanunsuz silahlı qruplar yaratmaq kimi ağır cinayətlər qoyulub.
Vardanyanın ailəsi bu gün həbi cinayətkarın bəyanatını yayıb. Vardanyan etdiklərindən peşman olmadığını bildirib:
“Mən heç nədən peşman deyiləm. Bütün hərəkətlərimi şüurlu və könüllü etmişəm, nəticələrini tam anlayırdım. Hərəkətlərimə görə cavab verməyə hazıram. Tək peşmançılığım daha çox şey edə bilməməyimdir”
Məhkəmə prosesi davam edir və yekun qərar yaxın günlərdə açıqlana bilər.
Cavid, BakuPost
Bəs, Onun Azərbaycan ərazisini dağıdıb-daşıtdığı torpaq-filiz yataqlarının nəinki dəyəri, ya tam bərpa ödənişləri-təzminatı necə-haradan geri alınacaq?