Ru
22:24 / 04 Mart 2026

Vardanyandan Xankəndi SAYIQLAMASI: Gələn il qayıtmaq üçün...

Vardanyandan Xankəndi SAYIQLAMASI: Gələn il qayıtmaq üçün...
Eye

"Xeyli sayda vətəndaşımız bizdən Qarabağ ermənilərinin hüquqlarını necə qoruyacağımızı soruşur və biz birbaşa cavab veririk ki, onların kollektiv şəkildə qayıtmaq hüququ gündəmimizdədir".


Bakupost.az Musavat.com-a istinadla xəbər verir ki, bunu jurnalistlərlə söhbətində "Ermənistan" Milli Partiyasının deputatı Kristine Vardanyan bildirib.

"2021-ci ildə "artsax işğal olunmadığı" və əhalisi boşaldılmadığı zaman biz başqa bir şeydən danışırdıq. 2023-cü ildə, mövcud hakimiyyətin hərəkətlərinin birbaşa nəticəsi olaraq, orada heç bir erməni yaşamadığı zaman bizim üçün ürəyimizdə, ruhumuzda artsax təbii olaraq ermənidir, amma biz Kommunist Partiyası kimi vətəndaşlarımızı aldatmayacağıq və gələn il bölgəni azad etməyə gələcəyimizi, müharibəni qızışdırmağa gələcəyimizi demirik",- deyə Vardanyan sayıqlayıb.

"İndi biz ermənilərin kollektiv şəkildə qayıtmaq hüququnun qorunması barədə danışırıq, çünki biz bunu real hesab edirik, bu vəziyyətdə real olan budur", - deyə o, bildirib.

Xatırladaq ki, Prezident İlham Əliyev Fransa telekanalına müsahibəsində bu mövzuya nöqtə qoyub. Dövlət başçısı deyib ki, qayıdış qarşılıqlı olmalıdır, yəni Qərbi azərbaycanlılar da yurdlarına dönməlidir. Prezident həmçinin, deyib ki, vaxtında reinteqrasiya proqramı qəbul olunub və onlara vətəndaşlıq təklif olunub, amma razılaşmayıblar. Ona görə də indi Vardanyan kimi deputatlar qayıdış deyərkən bunun hansı mexanizmlə baş tutacağına izah vermir. Qeyd edək ki, erməni baş nazir Nikol Paşinyan Qarabağa qayıdışı təhlükə adlandırıb. Son vaxtlar isə Ermənistan vətəndaşlığını qəbul edən Qarabağ ermənilərinin sayında artım var.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar