Ru
19:01 / 01 Oktyabr 2025

“Word” və “Excel”də də süni intellekt olacaq

“Word” və “Excel”də də süni intellekt olacaq
Eye

“Microsoft Office” “Word”, “Excel” və “PowerPoint” proqramlarına süni intellekt agentləri əlavə edib.

Bakupost.az Yeniavaz.com-a istinadla xəbər verir ki, bu barədə “ZDNet” portalı məlumat yayıb.

Məlumata görə, bu yeni virtual köməkçilər mətnlər, rəqəmlər və qrafiklərlə işi asanlaşdırmaq üçün nəzərdə tutulub.

Onlar hazırda bütün “Microsoft 365 Copilot” abunəçiləri üçün əlçatandır.

“Word”də agent mətnləri formatlaşdırmağa, məlumatları toplamağa, məsələn, başlıqları formatlaşdırmağa kömək edəcək.

“Excel”də süni intellekt böyük həcmdə məlumatları təhlil etmək, hesablamaları yoxlamaq və səhvləri düzəltmək üçün faydalı olacaq.

“PowerPoint”də süni intellekt agenti istifadəçinin mətn sorğusu əsasında slaydlar hazırlaya biləcək.
“Microsoft” süni intellekt agentlərinin həm adi, həm də korporativ istifadəçilər üçün əlçatan olduğunu açıqlayıb.

İstifadəçilərə yalnız “Microsoft 365 Copilot” xidmətinə pullu abunə lazım olacaq. Yeni funksiyalar ilkin olaraq yalnız ingilis dilində işləyəcək.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar