Ru
15:25 / 04 Mart 2026

Xameneinin vida mərasimi təxirə salındı: Səbəb - YENİLƏNDİ

Xameneinin vida mərasimi təxirə salındı: Səbəb - YENİLƏNDİ
Eye

Xamenei ilə vida mərasiminin təxirə düşməsinin səbəbi açıqlanıb.


Bakupost.az xəbər verir ki, bu barədə Tehran vilayətinin İslam Təbliğatının Koordinasiya Şurası məlumat yayıb.


Bildirilib ki, İranın hər yerindən çoxsaylı müraciətlərin edilməsi, xalqın böyük hissəsinin iştirakını təmin etmək zərurəti, həmçinin mərasim üçün lazımi infrastrukturun hazırlanması səbəbindən Xamenei ilə vida mərasimi təxirə düşüb.


Məlumata görə, vida mərasimin keçirilməsi üçün şərait hazır olan kimi İslam Təbliğatının Koordinasiya Şurası çağırış bəyanatını yayımlayacaq.

***

14:59

Tehranda mərhum dini lider Əli Xamenei ilə vida mərasimi təxirə salınıb.


Bu barədə “Tasnim” məlumat yayıb.


Qeyd edək ki, bu gün Bakı vaxtı ilə saat 22:30-da Tehranın mam Xomeyni adına meydanında ABŞ və İsrailin zərbələri nəticəsində öldürülən Əli Xamenei ilə vida mərasiminin başlayacağı bildirilmişdi.

***

11:11

ABŞ və İsrailin həyata keçirdiyi hava hücumlarında həlak olan İranın dini lideri Əli Xamenei ilə vida mərasimi bu gün başlayacaq.


Bunu İranın İslam Koordinasiya Şurasının rəhbəri Möhsün Mahmudi deyib.

“Axşam saat 10-da (Bakı vaxtı ilə 22:30) İmam Xomeyni adına meydanda insanlar ümmətin mərhum liderinin müqəddəs cənazəsi ilə vidalaşa biləcəklər”, - Mahmudi bildirib.

İRNA agentliyi vida mərasiminin 3 gün davam edəcəyini yazıb.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar