Ru
20:45 / 02 Fevral 2026

Xətai rayonunda yaşıllıq məhv edildi – FOTO

Xətai rayonunda yaşıllıq məhv edildi – FOTO
Eye

Bakının Xətai rayonunda yerləşən Süleyman Vəzirov küçəsində yaşıllıq ərazi məhv edilib.

Bakupost.az xəbər verir ki, bununla bağlı jurmalist Ədil Hüseynli sosial şəbəkə hesabında müqayisəli foto paylaşıb.

Fotoda yaşıllıq ərazinin hasara alındığı, ardınca isə bir vaxtlar mövcud olan sıx yaşıllığın tamamilə məhv edildiyi, texnika cəlb edilərək, yerində hamarlama işləri aparıldığı açıq şəkildə görülür.

Jurnalistin sözlərinə görə, yaşıllıq ərazi 1 gecədə məhv edilib:

"Xətai rayonun icra başçısı Rafiq Quliyev buna da deyəcək xəbərim olmayıb? Pəncərəsi bu əraziyə açılır...

Xətai rayonu, Süleyman Vəzirov küçəsində bildiyiniz "yaşıl soyqırım". Bir gecədə darmadağın ediblər..."

Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən, paytaxt ərazisində ağacların kəsilməsi yalnız müvafiq icazə əsasında mümkündür və hər bir kəsilmiş ağac üçün bərpa tədbirləri görülməlidir.

Asena,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar