Ru
17:56 / 03 Fevral 2022

Xocalı soyqırımının tanınması ilə bağlı Ukrayna XİN-ə müraciət - FOTO

Xocalı soyqırımının tanınması ilə bağlı Ukrayna XİN-ə müraciət -  FOTO
Eye

“Xocalı faciəsinin soyqırımı kimi tanınması tarixi ədalətin bərpasına, Ukrayna və Azərbaycan arasında olan dostluq münasibətlərinə töhfə verəcək”.

Bakupost.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinə rəsmi müraciət olunub.

Müraciətin müəllifi Ukrayna Ali Radasının deputatı Lyudmila Marçenko qeyd edib ki, 30 il əvvəl Xocalıda baş verən hadisələr açıq-aydın soyqırımı əlamətlərini daşıyır. Bununla əlaqədar artıq bir çox ölkənin qanunverici orqanı və beynəlxalq təşkilatlar tərəfindən Xocalı soyqırımının bəşəriyyətə qarşı cinayət olduğu təsdiqlənib.

Öz deputat səlahiyyətlərindən istifadə edərək L.Marçenko xarici işlər naziri D.Kulebadan soyqırımının tanınması prosedurunu başlamağı xahiş edib.

Müraciətdə qeyd olunur ki, Xocalı soyqırımını tanınması məsələsi “Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun” sədri Hikmət Cavadov tərəfindən Ali Radaya göndərilən məktubda qaldırılıb.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar