İran şahının oğlu Rza Pəhləvinin həyat yoldaşı Yasmin Pəhləvi Azərbaycanda səfərdə olub.
Bakupost.az xəbər verir ki, bu barədə “Təbriz Turan TV” Teleqram kanalı məlumat yayıb.
Y.Pəhləvi öz İnstaqram hesabında Bakıdan video paylaşaraq yazıb:
“İlk dəfə Xəzər dənizinə ayaq basdım. Öz ölkəmin sahillərindən cəmi bir neçə saatlıq məsafədə olduğumu bilmək çox qəribə idi. Vətənimə yaxın olmaq məni çox sevindirdi. Kaş ki, İran sahillərinin qumuna ayaq basa biləydim”.
Onun Azərbaycana səfəri ilə bağlı heç bir açıqlama yoxdur.
Yasmin Pəhləvi Bakıya özəl dəvətlə gəldiyi düşünülür.
Qeyd edək ki, Pəhləvi ailəsi təhlükəsizlik səbəbindən bir çox ölkəyə səfər edə bilmir.
Aynur
BakuPost