Ru
09:40 / 25 Fevral 2021

Yollar buz bağladı: 41 avtomobil qəza etdi

1316
Əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq ötən gündən indiyədək Bakı şəhəri ərazisində maddi zərərlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı açıqlanıb.

Bakupost.az xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov “Report”un sorğusuna cavab olaraq bildirib ki, paytaxt ərazisində sürücülər tərəfindən yol və meteoroloji şərait nəzərə alınmadığı üçün indiyədək maddi zərərlə nəticələnən 41 yol-nəqliyyat hadisəsi baş verib.

“Eyni zamanda, paytaxtın 11 ərazisində texniki cəhətdən nasaz olan avtomobillər yollarda suni tıxaclar yaratdı”, - o bildirib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər