İşə qəbul imtahanında yüksək bal toplayan bir çox müəllim sertifikasıya mərhələsində eyni uğuru təkrarlaya bilmir. Nəticələr arasındakı bu fərq, müəllimlərin hazırlıq prosesi, imtahan formatı və qiymətləndirmə meyarları ilə bağlı bir sıra suallar doğurur.
Bakupost.az xəbər verir ki, təhsil ekspertləri bu vəziyyətin həm mövcud sistemin, həm də müəllimlərin fərdi hazırlıq səviyyələrinin yenidən nəzərdən keçirilməsinə zərurət yaratdığını deyirlər.
Bəs iki imtahan arasında niyə bu qədər kəskin fərq yaranır? Suallarımızı təhsil eksperti Məzahir Məmmədli cavablandırıb. Ətraflı BTV-nin reportajında