Ru
21:27 / 04 Dekabr 2025

Zelenskinin təyyarəsinin yaxınlığında naməlum dronlar uçdu

Zelenskinin təyyarəsinin yaxınlığında naməlum dronlar uçdu
Eye

İrlandiya Hərbi Dəniz Qüvvələrinə məxsus gəmi Ukrayna Prezidenti Volodimir Zelenskinin dövlət səfəri üçün gəldiyi gün onun təyyarəsinin uçuş marşrutu yaxınlığında beş dron aşkar edib.

Bakupost.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə “The Irish Times” portalı məlumat yayıb.

Bildirilib ki, hadisə təyyarənin uçuşuna mane olmaq cəhdi kimi qiymətləndirildiyi üçün ciddi təhlükəsizlik həyəcanına səbəb olub.

Məlumata görə, hadisə baş verən zaman paytaxt ətrafında uçuşa qadağa zonası tətbiq olunmuşdu. Dronların haradan göndərildiyi məlum deyil. Mənbələr bildirir ki, onların uçuş məsafəsi və havada qalma müddəti, bu pilotsuz aparatların mürəkkəb tipə aid olduğunu və təcrübəli istifadəçilər tərəfindən idarə edildiyini göstərir.

Qeyd olunub ki, dronlar Zelenskinin təyyarəsi “Howth” yaxınlığındakı sahildən keçməli olduğu vaxta yaxın görünüb, lakin onun təyyarəsi bir qədər gecikib. Təyyarənin heç bir təhlükə altında olmadığı vurğulanıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar