Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) Milli Məclisə hesabat verəcəyi tarix açıqlanıb.
BakuPost Modern.az-a istinadən xəbər verir ki, İnsan hüquqları üzrə müvəkkil (ombudsman) martın 5-də Milli Məclisə 2018-ci ilin illik hesabatını təqdim edəcək.
Hesabatı Ombudsman Elmira Süleymanovanın təqdim edəcəyi gözlənilir.
Qeyd edək ki, E.Süleymanova illik hesabatını parlamentin həmin gün keçiriləcək plenar iclasında təqdim edəcək.
Hesabatın yaxın günlərdə tanışlıq üçün Milli Məclisin deputatlarına paylanılması nəzərdə tutulub.