Ru
15:34 / 06 Aprel 2024

Direktoru göz yaşları ilə yola saldılar - Kövrək anlar - VİDEO

Direktoru göz yaşları ilə yola saldılar - Kövrək anlar -  VİDEO
Eye

Tovuz rayonu Məharət Məmmədov adına Qovlar şəhər humanitar təmayüllü məktəb-lisey kompleksinin təqaüdə çıxan direktoru Fatma Allahverdiyevanın yolasalma mərasimindən yayılan görüntülər böyük marağa səbəb olub.

Bakupost.az xəbər verir ki, təqaüdə çıxması ilə əlaqədar məktəb-liseydə F.Allahverdiyeva ilə vida görüşü keçirilib.

Tədbirdə çıxış edən məktəb-liseyin rəhbərliyi və müəllimləri F.Allahverdiyevanın fəaliyyətindən söz açıb, onun işgüzar rəhbər və təcrübəli pedaqoq olduğunu vurğulayıblar. Qeyd olunub ki, F.Allahverdiyevanın rəhbərlik etdiyi dövrdə məktəb-liseyin təhsil göstəricələri yüksəlib, buranın məzunu olan yüzlərlə şagird Azərbaycan və xarici ölkələrin ali məktəblərinə daxil olublar.

Qeyd edək ki, kollektivin böyük coşğu ilə yola saldığı F.Allahverdiyeva 38 il pedaqoji fəaliyyətlə məşğul olub. O, 12 il idi ki, Məharət Məmmədov adına Qovlar şəhər humanitar təmayüllü məktəb-lisey kompleksinin direktoru idi.

YAP-ın üzvü olan F.Allahverdiyeva partiyanın həyatında aktiv iştirakına və 65 illik yubileyi münasibəti ilə təltif olunub.

Sözügedən görüntüləri təqdim edirik:




Elnur
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar