Ru
23:56 / 31 May 2025

İran xəbərdarlıq etdi: Sui-istifadə olarsa, tədbir görəcəyik!

İran xəbərdarlıq etdi: Sui-istifadə olarsa, tədbir görəcəyik!
Eye

İran tərəfi Tehranın nüvə fəaliyyəti ilə bağlı Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) hesabatından bir sıra ölkələrin sui-istifadə etməsi halında tədbirlər görəcək.

Bakupost.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin teleqram kanalında məlumat yayılıb.

“Əgər bir sıra ölkələr İranın AEBA ilə əməkdaşlığından, agentliyin təftiş fəaliyyətinə etibarlı yanaşmasından, yaxud agentliyin Rəhbərlər Şurasının iclasındakı hazırkı hesabatdan sui-istifadə etmək niyyətində olsalar, İran öz qanuni hüquq və maraqlarını qorumaq üçün bu cür yanaşmaya cavab olaraq müvafiq tədbirlər görəcək. Bunun nəticələri və məsuliyyəti bu dövlətlər tərəfindən öz üzərinə götürüləcək”, - bəyanatda bildirilir.

İran həmçinin Fransa, Böyük Britaniya, Almaniya və ABŞ-ni İranın nüvə proqramı ilə bağlı razılığa gəlmək səylərində səmimilikdən məhrum olmaqda ittiham edib.

"Baş direktorun Rafael Qrossinin hazırkı hesabatında yer alan iddialar son onilliklər ərzində bir neçə elan edilməmiş fəaliyyət və yerlərə dair iddialara əsaslanır. Bu, İranın bəyan olunmamış nüvə obyektləri və ya fəaliyyətlərinin olmadığını dəfələrlə bəyan etməsinə baxmayaraq. Eyni zamanda İran AEBA-ya daxil olmaq üçün bütün lazımi şərtləri təmin etmək üçün AEBA ilə əməkdaşlıq edib”, - nazirlik bildirib.

Bundan əvvəl AEBA İranın 60 %-ə qədər zənginləşdirilmiş uranın hasilatını sürətləndirdiyi barədə məlumat vermiş və İranın beynəlxalq agentliklə əməkdaşlığını qeyri-qənaətbəxş adlandırmışdı.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar