Ru
20:58 / 29 Oktyabr 2026

"Zelenski Putinlə bunu etməyə hazırdır"

"Zelenski Putinlə bunu etməyə hazırdır"
Eye

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə görüşdə ərazi məsələləri də daxil olmaqla, ən mürəkkəb mövzuları müzakirə etməyə hazırdır.


"Bakupost" xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiha bildirib.

Onun sözlərinə görə, iki ölkə liderinin birbaşa görüşü sülh danışıqlarına yeni təkan verə bilər.

Nazir qeyd edib ki, Kiyev Rusiya və Belarus istisna olmaqla, istənilən ölkədə belə bir görüşün keçirilməsinə hazırdır.

Sibiqa mümkün danışıqların nəticələri arasında hərbi əsirlərin mübadiləsini və ukraynalı uşaqların geri qaytarılmasını da qeyd edib.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar