Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi və cəzanın şərti tətbiq olunması, eləcə də əmlakı barədə məlumatların mediada yayılması ictimaiyyətdə təəccüblə qarşılanıb.
"Bakupost" xəbər verir ki, Ramiz Mehdiyevin və ailəsinin hazırda hansı evdə yaşadığı bəlli deyil.
Sosial şəbəkələrdəki müzakirələrdə onun səhhətindən də bəhs olunur. Məhkəmə Ramiz Mehdiyevin yaşını və sağlamlıq vəziyyətini nəzərə alaraq cəzanın real çəkilməsinə zərurət görməyib və cəzanı şərti tətbiq edib.
Bəzi məlumatlara görə, 88 yaşlı Ramiz Mehdiyev bir neçə xəstəlikdən əziyyət çəkir. Hətta onun 14 illik məhkumluq müddətini tam yaşaya bilməyəcəyini iddia edənlər də var. Ancaq akademik sağ qalarsa, cəzası 2039-cu ildə, 101 yaşında başa çatacaq.
Bəs 2039-cu ilədək əcəl “Boz kardinal”ı yaxalasa, onu harada dəfn edə bilərlər?
Modern.az mümkün ehtimalları araşdırıb.
Bəri başdan qeyd edək ki, Birinci Fəxri xiyabanın qapıları Ramiz Mehdiyevin üzünə bağlıdır.
“Qurd qapısı” qəbiristanlığında dəfn oluna bilər
Ramiz Mehdiyevin mülklərindən danışarkən ilk yada düşən Tbilisi prospektindəki 8 milyon dollarlıq villasıdır. Onun hazırda da orada yaşadığı ehtimal olunur. Lakin həmin villanın yaxınlığında qəbiristanlıq yoxdur. Buna görə də Tbilisi prospektinə coğrafi baxımdan ən yaxın şəhər qəbiristanlığı “Qurd qapısı” adlandırılan Yasamal qəbiristanlığıdır.
İkinci ehtimal Novxanı kənd qəbiristanlığıdır
Ramiz Mehdiyevin adı çəkiləndə yada düşən ünvanlardan biri də onun Novxanı qəsəbəsindəki bağ evidir. Böyük bağ sahəsində iki nəhəng villanın inşa edildiyi, ərazinin ciddi mühafizə olunduğu və müşahidə kameraları ilə izlənildiyi bildirilir. Akademik vəfat edərsə, onun Novxanı kənd qəbiristanlığında dəfn olunması da mümkün variantlardan biridir.
Badamdar qəsəbəsindəki qəbiristanlıq da ehtimallar arasındadır
Bəzi iddialara görə, Ramiz Mehdiyev Badamdar qəsəbəsində, Botanika bağı yaxınlığındakı çoxmərtəbəli binanın lüks mənzilində yaşayır. Bu iddialar doğrudursa, o, vəfatından sonra Badamdar qəbiristanlığında da dəfn oluna bilər.
Ramiz Mehdiyev 2024-cü ilədək, dövlətə xəyanətdə ittiham olunmazdan əvvəl vəfat etsəydi, yüksək statusuna görə, yəqin ki, Birinci Fəxri xiyabanda dəfn olunardı.
Ehtimla görə *Evrope* Hotelinə və Respublika idman sarayına yaxın VillAc tipli mülkü-evini onun adına rəsmiləşdirənlər dəqiq vəsiyyəti bildirməsələr də, daha münasib dəfn yeri qeyd edə bilərlər? Dövlətimizin Respublika səviyyəsindən bir pillə alt İnzibati ərazi bölgüsü rayondur və məncə, hər hansı ən kiçik rayonun geniş yaşılıqla əhatə olunmuş ən azı bir qəbiristanlığı olmalıdır. Ölü-cansız halallığa qovuşmuş sayılır, yəni qalanlar da ona halallıq verməli, verməli olurlar. Bəlkə, elə heç bir ailənin sonradan Tbilisi prospektindəki 8 milyonluq dollarlıq villasında dəfn edilməsi daha halal və münasibdir?