İrəvan–Mineralnıye Vodı reysini həyata keçirən təyyarə havaya qalxdıqdan qısa müddət sonra qəza siqnalı verib.
"Bakupost" xəbər verir ki, bu barədə “Flightradar24” məlumat yayıb.
Məlumata görə, təyyarə qəza siqnalı verdikdən bir müddət sonra istiqamətini dəyişərək İrəvana geri qayıdıb.
Ermənistan Mülki Aviasiya Komitəsi hadisə ilə bağlı açıqlamasında təyyarədə ciddi problemin olmadığını bildirib.
“Şot” kanalının məlumatına görə, təxminən 8 ildir "Azimut" donanmasında fəaliyyət göstərən "Superjet-100" təyyarəsinin bir il əvvəl İrəvandan ilk uçuş cəhdi də uğursuz olub və sistemləri yenidən başlatmaq üçün geri qayıdıb.