Ru
22:07 / 29 Oktyabr 2026

Talıbovlardan geridönüş?! – Yeni şirkət açıldı

Talıbovlardan geridönüş?! –  Yeni şirkət açıldı
Eye

Azərbaycanda “Ecomealz” MMC adlı yeni şirkət yaradılıb.


“Bakupost” Ölkə.az-a istinadla xəbər verir ki, MMC Bakı şəhəri Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Abbas Fətullayev ev 64 m 5 ünvanında 10 manat kapitalla dövlət qeydiyyatına alınıb.

Şirkətin qanuni təmsilçisi Samir Talıbovdur.

S. Talıbovun Dubayda da eyniadlı şirkəti fəaliyyət göstərir və həmin şirkətin işi restoran və kafelərdə gün ərzində satılmayıb qalan təzə təamları “sürpriz paketlər” şəklində endirimlə istehlakçılara təklif etməkdir.

Qeyd edək ki, S.Talıbov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun qardaşı Məhərrəm Talıbovun oğludur.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar