Ru
23:10 / 29 Oktyabr 2026

Benzin və dizel ucuzlaşa bilər?

Benzin və dizel ucuzlaşa bilər?
Eye

Avropa İttifaqı (Aİ) ölkələri Yaxın Şərqdə davam edən münaqişə fonunda qiymətləri aşağı salmaq üçün 3 ay ərzində öz ehtiyatlarından 42 milyon bareldən çox yanacaq çıxaracaq.

"Bakupost" xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat və maliyyə naziri Rolan Leskyur Lüksemburqda keçirilən Enerji Şurasının iclasına gedərkən bildirib.

"Biz iki əsas məsələni müzakirə edəcəyik. Birincisi, benzin və dizelin strateji ehtiyatlarının istifadəyə verilməsidir. Bu, oktyabrın 2-də Fransa Prezidenti Emmanuel Makronun sədrliyi ilə keçirilən G7 görüşündə qərara alınıb. Növbəti üç ay ərzində 42 milyon bareldən çox buraxacağıq", - o deyib və bu həcmin yarısını dizel yanacağının təşkil edəcəyini qeyd edib.

İkinci məsələ qalıq yanacaqlardan asılılığın azaldılması və bərpa olunan energetikanın inkişafı ilə bağlıdır.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar