Ru
23:26 / 29 Oktyabr 2026

Nazirlikdə yoxlama: Leysan Məmmədov vəzifəsindən azad edildi

Nazirlikdə yoxlama: Leysan Məmmədov vəzifəsindən  azad edildi
Eye

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Leysan Məmmədov vəzifəsindən azad edilib.


"Bakupost" "Unikal"a istinadən xəbər verir ki, o, Maliyyə Nazirliyinin apardığı yoxlamalardan sonra vəzifəsindən uzaqlaşdırılıb.

Qeyd edək ki, Leysan Məmmədov bu vəzifəyə ötən ilin yanvarında təyin olunmuşdu.

Xatırladaq ki, Leysan Məmmədov 14 fevral 2022-ci ildə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyin edilib. Lakin bir müddət sonra həmin vəzifədən azad olunub.

O, 2006-2021-ci illərdə Gənclər və İdman Nazirliyinin Tikilməkdə olan Obyektlərin Müdiriyyətində direktor müavini və direktor vəzifələrində çalışıb. 2021-ci ildən 2022-ci ilin fevralınadək isə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində aparat rəhbəri olub.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar