Ru
23:18 / 29 Sentyabr 2026

Ət bazarında vəziyyət DƏYİŞİR

Ət bazarında vəziyyət  DƏYİŞİR
Eye

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov ölkədə ət istehsalının artırılması istiqamətində tədbirlərin həyata keçiriləcəyini açıqlayıb.

Nazirin sözlərinə görə, yeni Dövlət Proqramının icrası nəticəsində istehsalın həcminin yüksəldilməsi və bununla da ət bazarında qiymətlərin daha sabit vəziyyətə gətirilməsi hədəflənir.

Bu açıqlama mal ətinin qiymətində son dövrdə müşahidə olunan artımla eyni vaxta təsadüf edib. Hazırda sümüklü mal əti təxminən 19, sümüksüz mal əti isə 25 manata satılır. Son bir ayda qiymətlərdə 1-2 manatlıq artım qeydə alınıb.

Bəs istehsalın artırılması bazarda ət qiymətlərinin aşağı düşməsinə, yoxsa sadəcə bahalaşmanın qarşısının alınmasına səbəb olacaq?

"Bakupost" xəbər verir ki, iqtisadçı ekspert Kərimli Hit.az-a açıqlamasında Azərbaycanda ət məhsullarının qiymətində yüksəlişin davam etdiyini deyib:

"Bazardakı vəziyyətə həm təklifin azalması, həm də istehlak tələbinin artması təsir göstərir. Son onillikdə xırdabuynuzlu heyvanların sayı təxminən 20 faiz azalıb. İri buynuzlu heyvanların sayında da 5-6 faizlik geriləmə qeydə alınıb. Eyni dövrdə əhalinin ətə olan tələbatı təxminən 25 faiz artıb. Kəsim göstəricilərində isə son 10 ildə 25 faizə yaxın yüksəliş müşahidə olunur".

İqtisadçı bildirib ki, heyvandarlıq təsərrüfatlarının əvvəlki miqyasda fəaliyyət göstərməsinə bir sıra amillər mane olur:

"Örüş imkanlarının daralması və heyvanların saxlanması üçün tələb olunan xərclərin artması fermerlərin yükünü artırıb. Müasir, intensiv təsərrüfatlarda isə yemləmə və saxlanma xərcləri daha yüksək olduğundan bu, son məhsulun qiymətinə də təsir edir.

Əvvəllər daxili bazarda qiymət artımını müəyyən qədər məhdudlaşdıran idxal imkanları da hazırda əvvəlki qədər əlverişli deyil. Xarici bazarlarda ətin bahalaşması Azərbaycana daha aşağı qiymətlərlə məhsul gətirilməsini çətinləşdirir və nəticədə bazarda yeni qiymət səviyyəsi yaranır".

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar