Ru
19:03 / 14 Noyabr 2026

Özgür Özəl yenidən sədr seçildi

Özgür Özəl yenidən sədr seçildi
Eye

Türkiyədə Özgür Özəl yenidən Yeni Partiyanın sədri seçilib.


"Bakupost" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, partiyanın “Türkiyə yenilənir” şüarı ilə Ankaradakı İdman Sarayında keçirilən qurultayında səsvermə baş tutub.

Qurultayda Partiya Məclisi və Ali İntizam Şurasının üzvlərinin seçkilərinin “blok siyahı” üsulu ilə keçirilməsi səsvermə yolu ilə qəbul edilib.

Başqan seçkilərində namizədlik müraciətlərinin təqdim olunması üçün üzvlərə 30 dəqiqə vaxt verilib. Müəyyən edilmiş müddət başa çatdıqdan sonra heç bir namizədlik müraciəti daxil olmayıb. Beləliklə, hazırkı sədr Özgür Özəl qurultayda yeganə namizəd olub.

Bundan əlavə, fəaliyyət və maliyyə hesabatları, eləcə də qurultayın yekun bəyannaməsi ilə bağlı hesabat müzakirə edilərək yekdilliklə qəbul olunub.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar