Ru
16:44 / 14 Noyabr 2026

Ermənistanı 20 il sonra harada gördüyünü açıqladı

Ermənistanı 20 il sonra harada gördüyünü açıqladı
Eye

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin 20 ildən sonra Avropa İttifaqının (Aİ) üzvü olmasını istədiyini bildirib.


“Bakupost” Rusiya mediasına istinadən xəbər verir ki, Paşinyan bu barədə Dublində Beynəlxalq və Avropa Məsələləri İnstitutunda çıxışı zamanı danışıb.

Baş nazir Ermənistanı 20 ildən sonra Avropa İttifaqının tərkibində gördüyünü bəyan edib.

Qeyd edək ki, 2025-ci ilin martında Ermənistan parlamenti ölkənin Aİ-yə üzvlük prosesinə başlanması haqqında qanun qəbul edib. Paşinyan daha əvvəl də hökumətinin Avropaya yaxınlaşma siyasətini davam etdirəcəyini və xarici ticarət əlaqələrinin şaxələndirilməsinə çalışacağını açıqlamışdı.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar