Misir millisinin və Türkiyənin “Trabzonspor” klubunun hücumçusu Məhəmməd Salah tarixi rekorda imza atıb.
"Bakupost" xəbər verir ki, 34 yaşlı futbolçu Afrika Millətlər Kubokunun seçmə mərhələsində Malavi ilə keçirilən və komandasının 5:0 hesablı qələbəsi ilə başa çatan oyunda dubl edib.
Bununla da Salah Misir Futbol Assosiasiyasının hesablamasına əsasən, milli komandada vurduğu qolların sayını 70-ə çatdırıb və ölkə rekordunu yeniləyib.
O, 176 oyunda 69 qol vuran Hossam Hasani geridə qoyub. Salah isə bu göstəriciyə 123 matçda nail olub.