Ru
15:11 / 14 Noyabr 2026

Paşinyan “Real Ermənistan”ın əsas hədəfini açıqladı

Paşinyan “Real Ermənistan”ın əsas hədəfini açıqladı
Eye

Ermənistan baş naziri Nikol Paşinyan Dublində Beynəlxalq və Avropa Münasibətləri İnstitutunda (IIEA) keçirilən görüş zamanı "Real Ermənistan" ideologiyasından danışıb.

"Bakupost" xəbər verir ki, bu barədə "Yeni Sabah Ermənistan KİV-ə istinadən məlumat verir.

Paşinyan qeyd edib ki, bu ideologiya Ermənistanın dövlət və milli maraqlarına əsaslanır.

"Biz xalqımızın taleyini dəyişdirməliyik. Bunun üçün qəzəbi, düşmənliyi, ümidsizliyi və məyusluğu dəf etməli, başqalarına arxalanmağı dayandırmalı və özümüzə güvənməyə başlamalıyıq", - deyə Paşinyan qeyd edib.

O əlavə edib ki, məhz Ermənistan Respublikası öz vətəndaşlarının milli maraqlarını qorumağa tam sadiq olan subyektdir.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar