Ru
09:00 / 14 Noyabr 2026

Azərbaycanda deputat qəzaya düşdü: ölən var

Azərbaycanda deputat qəzaya düşdü: ölən var
Eye

Naxçıvan-Ordubad magistral yolunun Ordubad rayonunun Aşağı Əylis kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

"Bakupost" Teleqraf-a istinadla xəbər verir ki, "Hunday" markalı avtomobilin aşması nəticəsində 1990-cı il təvəllüdlü qazi kapitan Hüseynalı Hüseynalıyev həyatını itirib.

Xəsarət alanlardan 1994-cü il təvəllüdlü Əmrah İmamverdi oğlu Məmmədov və 1990-cı il təvəllüdlü Təbriz Eyvaz oğlu Zeynalov isə Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, qəzaya düşənlər Vətən Müharibəsi qaziləridir. Xəsarət alan Təbriz Eyvaz oğlu Zeynalov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatıdır.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar