Ru
23:20 / 13 Noyabr 2026

“Biz batsaq, hamı batacaq” - İran ən fəlakətli anonsu verdi!

“Biz batsaq, hamı batacaq” -  İran ən fəlakətli anonsu verdi!
Eye

İranın xarici işlər naziri Abbas Araqçi beynəlxalq hüququn pozulmasının təkcə İran üçün deyil, bütün dünya ölkələri üçün təhlükəli nəticələr doğura biləcəyi barədə xəbərdarlıq edib.

"Bakupost" xəbər verir ki, Araqçi Yaponiyanın “Kyodo News” agentliyi üçün qələmə aldığı məqalədə İranın BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən özünümüdafiə hüququnu özündə saxladığını bildirib.

Nazir vurğulayıb ki, məsələnin əhəmiyyəti İranın təhlükəsizliyindən və Yaxın Şərqdəki qüvvələr balansından daha geniş miqyas alır.

“Əgər hərbi gücün hüquqi öhdəliklərdən üstün tutulmasına icazə verilərsə və təcavüzə görə məsuliyyət daşıyan dövlətlər cavabdehlikdən yayına bilərlərsə, heç bir ölkənin təhlükəsizliyinə zəmanət verilə bilməz”, - deyə Araqçi bildirib.

İran XİN rəhbəri beynəlxalq hüquq sisteminin gələcəyi ilə bağlı da xəbərdarlıq edib.

“Əgər gücün hüquq üzərində üstünlük qazanmasına imkan verilərsə, bundan zərər çəkən yalnız İran olmayacaq. Beynəlxalq hüquq sisteminin təməlləri və BMT Nizamnaməsinin nüfuzu da təhlükə altına düşəcək”, – nazir qeyd edib.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar