Ru
22:35 / 13 Noyabr 2026

Türkiyədə zavodda baş verən partlayışda ölənlərin sayı artdı

Türkiyədə zavodda baş verən partlayışda ölənlərin sayı artdı
Eye

Türkiyənin İzmir vilayətinin Aliağa rayonunda metallurgiya müəssisəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 19-a çatıb.


"Bakupost" "Türkiye" qəzetinə istinadən xəbər verir ki, xilasedicilər partlayışdan sonra itkin düşən fəhlə Barış Güneyin meyitini tapıblar.

Bununla da faciə nəticəsində həyatını itirənlərin sayı 19-a yüksəlib. Partlayışın səbəbləri və başvermə şəraiti araşdırılır.

Hadisə noyabrın 9-da Aliağa rayonunun Çakmaklı məhəlləsində, Atatürk küçəsində yerləşən zavodda baş verib.

Aliağa rayonunda yerləşən HABAŞ zavodu 1987-ci ildən fəaliyyət göstərən HABAŞ qrupuna məxsus poladəritmə müəssisəsidir. Tam istehsal dövrünə malik kompleksin illik polad istehsalı gücü 4.5 milyon tona çatır.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar