Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər əmiri Şeyx Təmim bin Həməd Al Sani ilə görüşüb.
"Bakupost" xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin yaydığı məlumata görə, tərəflər əvvəlcə təkbətək, daha sonra isə nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar aparıblar.
Görüş mətbuat üçün qapalı keçirilib.
Ərdoğan görüş zamanı Türkiyə ilə Qətər arasında həmin gün imzalanan Qarşılıqlı Müdafiə Sazişinin iki ölkə arasındakı qardaşlıq münasibətlərinə yeni ölçü qazandıracağını bildirib.
O, ötən il qüvvəyə minən Ticarət və İqtisadi Tərəfdaşlıq Sazişinin də iki ölkəni qarşılıqlı ticarət dövriyyəsi üzrə müəyyən edilmiş hədəfə bir qədər də yaxınlaşdırdığını qeyd edib.
Ərdoğan Türkiyənin Qətərlə enerji sahəsində tərəfdaşlığı inkişaf etdirmək və şaxələndirmək üçün səylər göstərdiyini vurğulayıb. Prezident iki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın da genişlənərək davam edəcəyini bildirib.